Modern.az

Sahibə Qafarovanın Simonyana cavabı sərrast və dəqiqdir - Korotçenko

Sahibə Qafarovanın Simonyana cavabı sərrast və dəqiqdir - Korotçenko

Parlament

30 Oktyabr 2022, 12:23

Milli Məclisin sədri Sahibə Qafarovanın Simonyana cavabı sərrast və dəqiqdir. Bu, təcavüzkara cavab zərbəsi kimidir.

 

Modern.az xəbər verir ki, bu fikri rusiyalı ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistan parlamentinin spikeri Alen Simonyana cavabını şərh edərkən səsləndirib.

 

Milli Məclisin sədrinin çıxışını özünün sosial şəbəkələrdəki səhifələrində paylaşan Korotçenko yazıb ki, Sahibə Qafarovanın cavabı sərrast və dəqiqdir.

 

Xatırladaq ki, oktyabrın 28-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyan çıxış edərək, Azərbaycanın ünvanına həqiqətdən uzaq iddialar səsləndirib. Bunun ardınca Milli Məclisin sədri Sahibə Qafarova iclasda ikinci dəfə söz alaraq, onun cavabını verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi