Modern.az

25 yaşlı gənc 9-cu mərtəbədən yıxıldı 

25 yaşlı gənc 9-cu mərtəbədən yıxıldı 

30 Oktyabr 2022, 19:42

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Asif Məhərrəmov küçəsində qeydə alınıb.

 

Belə ki, 1997-ci il təvəllüdlü Fərəcov Murad Abbasəli oğlu yaşadığı çoxmərtəbəli binanın 9-cu mərtəbəsinin eyvanından ehtiyatsızlıq edərək yıxılıb. O aldığı xəsarətlərə görə, komatoz vəziyyətinə düşüb.

 

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisənin təffərüatları araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU