Modern.az

İsa Qəmbərin oğlu prokurorluqda dindirildi

İsa Qəmbərin oğlu prokurorluqda dindirildi

22 Aprel 2013, 15:37

Müsavat başqanı İsa Qəmbərin oğlu,  "Nida" vətəndaş hərəkatının üzvü Turqut Qəmbər prokurorluqda ifadə verib. Modern.az-ın məlumatına görə, T.Qəmbər Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsində 5 saat dindirilərək sərbəst buraxılıb.

T.Qəmbərin prokurorluğa hazırda həbsdə olan"Nida" üzvlərinin işi ilə bağlı şahid qismində ifadə vermək üçün çağırıldığı bildirilib.

Anar

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal