Modern.az

Britaniyada sərhəd mühafizə xidmətinin binası yandırılıb

Britaniyada sərhəd mühafizə xidmətinin binası yandırılıb

30 Oktyabr 2022, 23:56

Böyük Britaniyanın Dover şəhərində naməlum şəxs sərhədçilərin xidməti binasına partlayıcı qarışığı olan bir neçə butulka atıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Hücum nəticəsində inzibati binada yanğın baş verib. Daha sonra hadisəni törədən şəxs özünü öldürüb. Həmin şəxsin kimliyi açıqlanmayıb.

 

İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilməyib. Hazırda araşdırma aparıldığı bildirilir.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI