Modern.az

Taleh Kazımov bank rəhbərlərilə GÖRÜŞDÜ

Taleh Kazımov bank rəhbərlərilə GÖRÜŞDÜ

İqtisadiyyat

31 Oktyabr 2022, 09:12

Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəhbəri Taleh Kazımov "Twitter" səhifəsində yazıb.

 

T.Kazımov qeyd edib ki, görüşdə yeni əməliyyat çərçivəsi, banklararası pul bazarının aktivləşdirilməsi, açıq bazar və daimi imkanlar alətlərinin işə salınması və bunlarla bağlı digər mövzuları ehtiva edən təqdimatlar ətrafında geniş müzakirələr keçirilib.

 

"Həmçinin 12-17 oktyabr tarixlərində DB və BVF-in illik toplantılarında iştirakımız çərçivəsində banklararası əlaqələrin inkişafı, müxbir hesabların yaradılması istiqamətində şaxələndirmənin təmin edilməsi məqsədilə keçirilmiş görüşlərin nəticələri barədə fikir mübadiləmiz oldu", - Mərkəzi Bankın sədri vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi