Modern.az

Oğurlandığı deyilən tələbə ilə bağlı universitetdən AÇIQLAMA

Oğurlandığı deyilən tələbə ilə bağlı universitetdən AÇIQLAMA

31 Oktyabr 2022, 10:14

Sosial şəbəkələrdə Azərbaycan Dillər Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaxınlığında bir nəfərin tələbələrə yaxınlaşaraq pul istəməsi barədə görüntülər yayılıb.

 

İddialara əsasən, kimliyi məlum olmayan həmin şəxs bir müddət əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin xanım tələbələrindən birini oğurlayıb. Sonradan sərbəst buraxılan tələbənin bir neçə gün sonra intihar etdiyi bildirilib.

 

Modern.az-ın əməkdaşı Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Hüseynovla əlaqə saxlayaraq, tələbənin oğurlanması barədə xəbərlərin doğru olub-olmadığını dəqiqləşdirib. Mətbuat katibi bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri arasında oğurlanan və intihar edən olmayıb.

 

"Bizim universitetdə belə hadisə baş verməyib" - Cavid Hüseynov deyib.

 

Azərbaycan Dillər Universitetindən də oxşar açıqlama verilib: "Bizim tələbələrimiz arasında oğurlanan və intihar edən olmayıb".

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

 

Elmar Hüseynov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU