Modern.az

Mikayıl Cabbarov nazirliyin şöbə müdirləri ilə iclas çağırdı - YENİLƏNİB

Mikayıl Cabbarov nazirliyin şöbə müdirləri ilə iclas çağırdı - YENİLƏNİB

22 Aprel 2013, 16:31


Yeni təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin şöbə müdirlərinin iştirakı ilə iclas çağırıb. Modern.az saytı xəbər verir ki, nazir Mikayıl Cabbarov bu gün saat 18:00-da şöbə müdirləri ilə görüş keçirəcək. Xəbəri Təhsil Nazirliyindən də təsdiqlədilər.

“Bu gün saat 11:00-da Ramiz Mehdiyev yeni təhsil nazirini nazirliyin kollektivinə təqdim etdi. Ondan sonra isə Mikayıl Cabbarovla ayrı görüş olmayıb. İş günün sonunda, saat 18.00-da yeni təhsil nazirinin şöbə müdirləri ilə görüş olacaq”, – deyə Təhsil Nazirliyindəki mənbə qeyd edib.

Nazirlikdən bəzi şöbə müdirlərinin işdən azad olunması barədə yayılan xəbərləri də təkzib ediblər.

Qeyd edək ki, aprelin 19-da prezidentin sərəncamı ilə Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib və onun yerinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Mikayıl Cabbarov təyin olunub.

***

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, axşam saat 18:00-da başlayan iclas 3 saatdan çox davam edib. İclas zamanı yeni təhsil naziri yüksək səviyyədə şöbə müdirləri ilə söhbət edib, təhsilin müxtəlif sahələri üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüşdə hər hansı bir kadr islahatı və ya dəyişikliyi edilməyib. Nazirliyin şöbə müdirləri olduğu formada öz işlərini davam etdirəcəklər.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal