Modern.az

Azərbaycan İsraildə səfirlik açacaq

Azərbaycan İsraildə səfirlik açacaq

31 Oktyabr 2022, 13:12

Azərbaycan yaxın vaxtlarda İsraildə səfirlik aça bilər.

Modern.az xəbər verir ki, bu barədə İsrailin Dövlət Radio və Televiziyası məlumat yayıb.


Bildirilir ki, bütün gecikmələr əsasən texniki məsələlərlə bağlıdır.


İsrail KİV-ləri yüksək rütbəli rəsmi şəxslərə istinadən bildirib ki, Bakı və Tel-Əviv səfirliyinin açılması ilə bağlı intensiv danışıqlar aparır.

 

“İki ölkə arasında diplomatik əlaqələr 30 ildir ki, mövcuddur, lakin Azərbaycan hələ də səfirlik açmayıb, baxmayaraq ki, İsraillə Azərbaycan arasında münasibətlər əladır”, - deyə məlumatda bildirilib.

 

Xatırladaq ki, oktyabrın əvvəlində İsrailin müdafiə naziri Benni Qantz Bakıda olub və səfər strateji əməkdaşlığı genişləndirmək niyyəti kimi təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU