Uzun müddətdir ki, “Azercell Telekom” MMC-nin 050 211-lə başlayan nömrələri abunəçilər arasında ən prestejli nömrələr sayılırdı.
Hətta bu rəqəmlə başlayan nömrəni almaq hər kəsə nəsib olmurdu. Daha çox dövlət məmurları və imkanlı iş adamları bu rəqəmlərlə başlayan nömrələrdən istifadə edirdi.
Son vaxtlar isə bu sahədə vəziyyət dəyişib. Belə ki, Azercell tərəfindən millət vəkilləri və Milli Məclis Aparatının əməkdaşları üçün hədiyyə olaraq verilən 288-lə başlanan nömrələr daha prestijli olub.
Qeyd edək ki, şirkət tərəfindən deputatlara, inzibati statusa malik işçkilərə 050 288-lə başlayan nömrələr 6 aydan çoxdur hədiyyə verilib. Deputatların özlərinə bir, ailə üzvlərinə isə 3 nömrə verilib.
Bundan sonra Azercell-in nömrə satışı bazarında 288-lə başlayan nömrələr “defisit” olub. Son vaxtlar 050 288-lə başlayan nömrələrə təlabat o qədər artıb ki, hətta bu rəqəmlə başlayan nömrəni Azercell-in özündə də tapmaq mümkün deyil.
Qeyd edək ki, 050 288-lə başlayan nömrələr satışda olmur, bunlar xidməti nömrələrdir. Hazırda 050 288 prestejinə görə 050 211-i geridə qoyub və qiymətinə görə də ondan bahadır.
Modern.az saytının əməkdaşı araşdırma aparıb və məlum olub ki, hazırda Milli Məclisdə də bu nömrə üçün növbə yaranıb. Necə deyərlər, indi böyük iş adamları da, deputatlar da, məmurlar da 288-lə başlayan nömrələrə üstünlük verirlər.
Aytən ƏLİYEVA