“Qanunları qəbul edərkən, qaziləri nəzərə almaq lazımdır”.
Modern.az xəbər verir ki, bunu Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında deyib.
O, qazilərlə bağlı qanunun qəbul olunmasını təklif edib:
“Qazilər bizim şərəf yerimizdir. Bu yaxınlarda bir qazinin işlərinə baxırdıq. Qazinin əli işləmir, qəlpə yaraları var. Dedilər ki, ona pensiya düşmür, qəlpə yarası olana pensiya düşmür. Səbəb nədir? Qazi məsələsi olanda qanunlara dəyişiklik edilməlidir, çünki onlar bizim qürur mənbəyimizdir. Bu gün Prezident deyəndə ki, mən xalqın yanındayam, məmurlar da buna əməl etməlidir. İsraildə yaralanan əsgərin ömürlük pensiyası var. Belə qanunları qəbul etmək lazımdır”.