Noyabrın 1-də saat 20 radələrində Yevlax rayonunun Malbinəsi kəndi ərazisində rayon sakinləri P.Məhərrəmovun idarə etdiyi “VAZ-2106” və S.Səfərovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Nəticədə P.Məhərrəmovun sərnişini olan anası Həqiqət Məhərrəmova hadisə yerində ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.