Modern.az

Nazir DTX-nin əməliyyatı zamanı harada olub? - YENİLƏNİB

Nazir DTX-nin əməliyyatı zamanı harada olub? - YENİLƏNİB

Mədəniyyət

2 Noyabr 2022, 10:58

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Nuridə Allahyarova nazir Anar Kərimovun ötən gün işdə olmaması məsələsinə aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb.

 

"Vəzifəli şəxsin ezam olunması həmin şəxsin işinin başında olması deməkdir. Çünki iş icrası təkcə inzibati binada olmur" - paylaşımda deyilir.

 

***

Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

 

Modern.az “Unikal”a istinadən xəbər verir ki, həmin vaxt nazir Anar Kərimov iş yerində olmayıb. Lakin A.Kərimov DTX-nin əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib. O bildirib ki, nazir hazırda iş başındadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi