Modern.az

Cəbrayılda mina partlayışı - Sürücü yaralandı

Cəbrayılda mina partlayışı - Sürücü yaralandı

Hadisə

2 Noyabr 2022, 13:16

Cəbrayıl rayonunda mina hadisəsi baş verib.

 

Modern.az Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinə istinadən məlumat verir ki, 2022-ci 2 noyabr tarixində Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

 

Məlumata əsasən mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.

 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU