Modern.az

Erməni \"qanuni oğru\" saxlanıldı - VİDEO

Erməni \

2 Noyabr 2022, 18:00

Ermənistanda tanınmış "qanuni oğru" həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "ArmLur" məlumat yayıb.

 

Qeyd edilir ki, İrəvanın Muraçan küçəsi 109 ünvanındakı evə basqın olub və oradan çox insan Erebuni polis bölməsinə aparılıb.

 

"Mənbəmizin bizə verdiyi məlumata görə, saxlanılanlar arasında "Pzo" ləqəbli "qanuni oğru" Armen Qazaryan, eləcə də tezliklə "qanuni oğru" adı alacaq digər şəxslər də var. Onlardan 140 qram kokain və iki tapança da aşkar edilib", - nəşr yazıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI