Modern.az

Toyda 5 nəfər kimyəvi məhluldan zəhərləndi

Toyda 5 nəfər kimyəvi məhluldan zəhərləndi

Hadisə

2 Noyabr 2022, 22:36

Şəmkirdə kütləvi zəhərlənmə hadisəsi olub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində keçirilən toy mərasimlərinin birində qeydə alınıb.

 

Mərasimin keçirildiyi binanın ayaqyolunda olan təmizlik üçün nəzərdə tutulan kimyəvi məhlulu uşaqlardan biri oynamaq məqsədi ilə qohumları olan digər 3 uşağa iylədib. Bu zaman özü və digər uşaqlar zəhərlənib. Uşaqlarla yanaşı, həmin yerə gələn uşaqlardan birinin valideyni də zəhərlənib.

 

Onların hamsı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

 

Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlər isə bunlardır:

 

1.2013-cü il təvəllüdü A.Musayev;

 

2.2013-cü il təvəllüdü A.Məmmədov;

 

3. 2014-cü il təvəllüdlü T.Məmmədov;

 

4. 2011-ci il təvəllüdlü A.Məmmədli;

 

5.1982-ci il təvəllüdlü T.Məmmədov.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU