Sabiq təhsil naziri: AMEA prezidentliyinə namizədliyi məsələsinə aydınlıq gətirib Misir Mərdanov AMEA prezidentliyinə namizəd olmadığını açıqlayıb. Eks-nazir ANS PRESS-ə eksklüziv açıqlamasında belə bir şeyin qətiyyən mümkün olmadığını bildirib: "Bu qətiyyən mümkün deyil".
AMEA-dan isə bu məsələ bağlı ANS PRESS-ə verilən məlumata görə, sabahkı iclasda sabiq təhsil naziri Misir Mərdanovun AMEA-ya həqiqi üzvü məsələsi həll oluna bilər. Misir Mərdanovun AMEA-ya prezident olması şansının çox yüksək olduğu qeyd edilir.
Sabiq nazir ona yeni vəzifə verilməsi məsələsinə də aydınlıq gətirib. "Bu barədə bir şey demək istəmirəm. Vaxtı gələndə hər şeyi biləcəksiniz", - deyə Misir Mərdanov bildirib.
Xatırladaq ki, Misir Mərdanov aprelin 19-da prezidentin sərəncamı ilə istefaya göndərilib. Onu bu postda Mikayıl Cabbarov əvəz edib.
Modern.az