Modern.az

“İran Azərbaycanda seçkiqabağı təxribat hazırlayır” – Şok İDDİA

“İran Azərbaycanda seçkiqabağı təxribat hazırlayır” – Şok İDDİA

23 Aprel 2013, 14:46

İranla Azərbaycan arasında münasibətlərin getdikcə gərginləşmsi göz önündədir. Xüsəsən də Azərbaycanda prezident seçkiləri ərəfəsində İran rəsmilərinin ölkəmizə qarşı nümayiş etdirdiyi kəskin münasibət qarşıda böyük siyasi problemlərin yaranacağından xəbər verir. Rəsmi danışıqlarda  mehriban qonşuluq və ikitərəfli əməkdaşlıqdan söz açılsa da İranın sərgilədiyi siyasətin pərdəarxasında gizli maraqlarımn dayandığı danılmazdır.

Politoloq Qabil Hüseynlidə Modern.az-a açıqlamasında İranın seçkiöncəsi Azərbaycana qarşı təxribatlara əl atacağını bildirib. Q.Hüseynlinin fikrincə, İran Azərbaycanda qarışıqlıq yaratmaq məqsədi ilə istənilən yola, hətta terror belə törətməyə cəhd edə bilər:

“İranda hər şey sözlə bitir. Belə də olmalıdır. İran cəsarət edib Azərbaycana təzyiq də göstərə bilməz. İran rəsmiləri Azərbaycanı öz ərazisinə qatacağı ilə hədələyir. İran Gülüstan və Türkmənistaqn müqaviləsini ləğv eləmək istəyir. Biz də onlara qarşı ərazi iddia irəli sürəcəyik. 1923-ci ilə kimi İran rəhbərliyində Azərbaycan xanədanları dayanıb. İran özü Azərbaycan dövləti olub. Yaxşısı budur ki, İran Azərbaycanla normal qonşuluqda yaşasın.

İranda hər zaman Azərbaycanda qarşıdurma yaratmağa cəhd edib. İran Azərbaycana kamikazde də göndərib, terrorçu da göndərib. Təbii ki, bu gözləniləndir. İran Azərbaycanda terror törədib ölkədəki siyasi rəhbərliyə inamsızlıq yaratmaq məqsədi ilə bir neçə də cəhd edib. Bunların hamısının üstü açılıb və ifaş edilib. İran bundan sonra da bu əməllərini davam etdirə bilər. Amma Azərbaycan güclü dövlətdir”-deyə politoloq vurğulayıb.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir