Modern.az saytı bir neçə gün öncə hüquq müdafiəçisi Eynulla Fətullayevin yeni xəbər portalı və qəzet açacağı barədə xəbər vermişdi. Eynulla Fətullayevin dediyinə görə, tanınmış imzalardan ibarət jurnalist komandası da həmin media orqanlarında təmsil olunacaq.
Yayılan məlumatlara görə “Yeni Müsavat” qəzetinin əməkdaşı Famil Cəfərli də həmin komandanın tərkibində yer alacaq.
Famil Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, Eynulla Fətullayev ona redaktor olmaq təklifi edib.
“Konkret, dəqiq bir şey yoxdur. Bu barədə özü danışsa, daha yaxşı olar. Özü mənə müraciət edib. Mən də bununla maraqlanıram. Nəzərdə tutulub ki, mən yeni yaradılacaq media orqanında baş redaktor olum. Hələlik isə mən “Yeni Müsavat”da öz işimin başındayam”.