Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi 2013-cü ilin 1-ci rübünə dair hesabatını açıqlayıb.
İdarənin məlumaına görə, 2013-cü ilin ilk 3 ayı ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 335254 yol hərəkəti qaydalarının (YHQ) pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 2098, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 45922, ötmə qaydalarının pozulması üzrə 6461, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 8950, sərnişin daşıma qaydalarının pozulması üzrə 1325 fakt aşkar ediblər.
YHQ pozuntusuna görə 271 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
Yol-nəqliyyat hadisələrinin (YHN) profilaktikası sahəsində həyata keçirilmiş müvafiq tədbirlərə baxmayaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olan və yaralananların sayında artım qeydə alınıb. Belə ki, rüb ərzində respublika ərazisində 646 YNH-i qeydə alınıb, nəticədə 258 nəfər həlak
olub, 691 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 118 fakt (22,3%), həlak olanların sayı 104 nəfər (67,5%) və yaralananların sayı 123 nəfər (21,7%) artıb.
DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 90 YNH-i qeydə alınıb, nəticədə 84 nəfər həlak olub, 75 nəfər yaralanıbr. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 34 fakt (60,7%), 40 nəfər (90,9%) və 41 nəfər (2,2 dəfə) artıb.
Bakı şəhəri ərazisində 221 YNH-i qeydə alınıb, bunların nəticəsində 80 nəfər həlak olub, 211 nəfər yaralanıb. 2012-ci ilin 1-ci rübü ilə müqayisədə YNH-nin və həlak olanların sayı uyğun olaraq 9 fakt (4,2%) və 37 nəfər (86%) artmış, yaralananların sayı isə 26 nəfər (11%) azalıb.
Respublika üzrə qeydə alınmış YNH-nin 92,6%-i (598) sürücülərin YHQ pozmaları, o cümlədən 31,3%-i (202) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 30,5%-i (197) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 9,1%-i (59) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,6%-i (17) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
YNH-nin 37,8 %-ni (244) piyadaların vurulması təşkil edib, nəticədə 86 piyada həlak olub, 183-ü yaralanıb. 34 YNH-i piyadaların YHQ pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 19 nəfər uşaq və yeniyetmə həlak olub, 54 nəfər yaralanıb. Ümumiyyətlə qeydə alınmış YNH-i nəticəsində həlak olmuş 258 nəfərdən 201-i kişilər, 57-i qadınlar, xəsarət almış 691 nəfərdən isə 533-ü kişilər, 158-i qadınlar təşkil edib.
2013-cü ilin 1-ci rübü ərzində BDYPİ-nə 72 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 43-ü tapılıb. BDYPI-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 3 şəxs və 3 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 54 fakt və 14 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.
Modern.az