Modern.az

\"Qarabağ\" Avropa Liqası ilə vidalaşdı - YENİLƏNİB

\

3 Noyabr 2022, 23:40

“Qarabağ” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

 

Modern.az xəbər verir ki, turnirin qrup mərhələsinin altıncı turunda Azərbaycan çempionu Almaniyanın “Frayburq” komandasını qəbul edib.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç 1:1 hesabı ilə başa çatıb.

 

Ağdam təmsilçisinin heyətində Kvabena Ovusu fərqlənib, rəqib komandanın qolunu isə Nils Petersen vurub.

 

Qeyd edək ki, qrupun digər oyununda "Olimpiakos" Yunanıstanda Fransanın "Nant" klubuna 0:2 hesabı ilə məğlub olub. Nəticədə hesabında 14 xal olan "Frayburq" və 9 xalla “Nant” turnirin səkkizdəbir final mərhələsinə adlayıblar. “Qarabağ” 7 xalla qrupu üçüncü pillədə başa vurub.

 

Təmsilçimiz mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.

 

***

“Qarabağ” - “Frayburq” oyunu davam edir.

 

Modern.az xəbər verir ki, matçın ikinci hissəsi gərgin başlayıb. Ağdam komandası bir neçə epizodda hesabı bərabərləşdirməyə yaxın olub.

 

Görüşün 61-ci dəqiqəsində "Qarabağ"ın müdafiəçisi Kevin Medina qırmızı vərəqə alaraq, meydanı tərk edib.

 

***

“Qarabağ” və “Frayburq” komandaları arasında keçirilən matçda hesab açılıb.

 

Modern.az xəbər verir ki, görüşün 24-cü dəqiqəsində Almaniya təmsilçisi 11 metrlik cərimə zərbəsindən fərqlənib.

 

Gərgin keçən qarşılaşmanın ilk hissəsində qapılara əlavə qol vurulmayıb. Almanlar fasiləyə üstün yollanıblar.

 

***

"Qarabağ" klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi G qrupunun altıncı turu çərçivəsində Almaniyanın "Frayburq" klubunu qəbul edir.

 

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev, Ramil Şeydayev və Kevin Medina yer alıblar.

 

“Frayburq”un heyətində meydana Noah Atubolu, Uqo Sike, Lukas Höler, Yannik Kaytel, Nils Petersen, Kevin Şade, Robert Vaqner, Kiliann Sildillia, Kristian Günter, Keven Şlotterbek və Noah Veybhaupt çıxıblar.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçı Aleksey Kulbakovun başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edir.

 

***

 

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda üz-üzə gələcək "Qarabağ" və Almaniya "Frayburq"unun start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

 

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda (k) 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina

 

Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Romao, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə

 

Baş məşqçi: Qurban Qurbanov

 

"Frayburq": 21. Noah Atubolu, 2. Uqo Sike, 9. Lukas Höler, 14. Yannik Kaytel, 18. Nils Peterse, 20. Kevin Şade, 23. Robert Vaqner, 25. Kiliann Sildillia, 30. Kristian Günter (k), 31. Keven Şlotterbek, 33. Noah Veybhaupt

 

Baş məşqçi: Kristian Ştrayx

 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi