Modern.az

MTN "Əl-Qaidə” və “Əl-Cihad” terrorçuları ilə əlaqəsi olan ekstremist qruplar zərərsizləşdirib

MTN "Əl-Qaidə” və “Əl-Cihad” terrorçuları ilə əlaqəsi olan ekstremist qruplar zərərsizləşdirib

17 Mart 2010, 18:04

 


Bakı Slavyan Universitetində Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ərəfəsində “Milli təhlükəsizliyin təminatında gənclərin rolu” mövzusunda konfrans keçirilib.
Əvvəlcə mərasim iştirakçıları universitetin foyesində mərhum dövlət başçısı Heydər Əliyevin büstü önündə onun xatirəsini ehtiramla yad ediblər.
Sonra mərasim təhsil ocağının akt zalında davam etdirilib. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, Milli Məclisin deputatlarının, professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri tədbiri BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdulla açıb. Rektor MTN-in keçdiyi şərəfli inkişaf yolundan danışıb.

Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Əli Şəfiyev Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, dövlətçiliyimizin qorunmasındakı xidmətlərindən danışıb. Bildirib ki, yaradılmasını 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən təhlükəsizlik orqanları çətin, kəşməkəşli və eyni zamanda, şərəfli tarixi yol keçib.
Ə.Şəfiyev deyib ki, ölkənin müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında, milli maraqların qorunmasında təhlükəsizlik orqanları daim yüksək sayıqlıq və peşəkarlıq göstərir.
Nazir müavini milli maraqların, dövlətçiliyin daha da etibarlı qorunması istiqamətində MTN-in son illərdə həyata keçirdiyi uğurlu əməliyyatlardan ətraflı danışıb. Onun sözlərinə görə, ötən il xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 25 nəfər zərərsizləşdirilib. Beynəlxalq terrorçuluğa qarşı mübarizə tədbirləri nəticəsində ölkə ərazisində terror aktlarının törədilməsi cəhdlərinin qarşısı alınıb. Bu istiqamətdə aparılan uğurlu əməliyyatlar nəticəsində “Əl-Qaidə” və “Əl-Cihad” terrorçu təşkilatlarla əlaqəli olan bir sıra ekstremist qruplar zərərsizləşdirilib.

Kecən il narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan çoxlu sayda mütəşəkkil cinayətkar dəstə və ayrı-ayrı şəxslər yaxalanıb, 1 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxırılıb, 100-dən artıq şəxs istintaqa cəlb olunub.

Tədbirin sonunda MTN-in fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi