İctimai Televiziya və Radio Yayım Şurası bu gün saat 15:00-da Cəmil Quliyevi İctimai Teleradio Şirkətinin əməkdaşlarına təqdim edib. Bu sözləri Modern.az-a açıqlamasında İctimai Televiziya və Radio Yayım Şurasının sədri Cahangir Məmmədli deyib.
O, qeyd edib ki, hazırda Cəmil Quliyev İTV-də öz səlahiyyətlərini icra edir.
Təqdimat mərasimi Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin iştirakı ilə keçirilib.
“Cəmil Quliyevin təqdimatından sonra keçmiş sədr Ismayıl Ömərova təşəkkür edib, yola saldıq. Eyni zamanda onun xidmətləri xüsusi qeyd olundu. Cəmil Quliyev isə İTV əməkdaşlarına öz proqramını qısa şəkildə izah etdi. Onun əsas ideyası milli-mənəvi dəyərlər üzərində Azərbaycan mədəniyyətini sözün geniş mənasında yüksəltmək, milli-mənəvi dəyərlərə xidmət etmək, həmişə azərbaycançılığın keşiyində dayanmaq kimi yüksək missiyalara xidmət etməkdir. Yəqin ki bu yaxınlarda öz proqramını geniş şəkildə Yayım Şurasına təqdim edəcək”, – deyə C.Məmmədli vurğulayıb.