Modern.az

Məktəblilərin çantaları çox ağırdır - Deputat

Məktəblilərin çantaları çox ağırdır - Deputat

4 Noyabr 2022, 11:10

“Bu gün ibtidai sinif şagirdləri arasında skalioz xəstəliyi artıb və bu da çətin müalicə edilir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin Elm və təhsil komitəsinin noyabrın 4-də keçirilən iclasında çıxışı zamanı deyib.

 

F.Yıldırım qeyd edib ki, azyaşlılar arasında bu xəstəliyin yaranmasının başlıca səbəblərindən biri də məktəbli çantalarının çox ağır olmasıdır

 

“Bir sıra qabaqcıl dövlətlərdə ibtidai siniflər üçün hazırlanan kitablar iki nüsxəli olur. Bu da istər-istəməz uşağın qaldıracağı yükü azaltmış olur. Bu xəstəliyin müalicəsi üçün Səhiyyə Nazirliyinə dövlət büdcəsindən çoxlu vəsait ayrılsa da, sırf bu xəstəliyin müalicəsi üçün reabilitasiya mərkəzləri yoxdur".

 

Deputat əlavə edib ki, valideynlər müraciət edərək müalicə üçün kömək istəyirlər:

 

"Başqa problemlərdən biri də regionlarda bu xəstəliyi müalicə edən ixtisaslı kadrların olmamasıdır. Ona görə də vətəndaşlarımız Bakıya gəlməyə məcbur olur. Buna da bəzilərinin imkanı çatır, bəzilərinin yox”.


Komitə sədri Bəxtiyar Əliyev isə bildirib ki, qaldırılan məsələ aktualdır: “Bununla bağlı bağlı təkliflər hazırlayıb bizə təqdim edin”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir