Aprelin 23-də müxalifətin üç lideri öz aralarında görüş keçirib. Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, "EL" Hərəkatının lideri Eldar Namazov bir araya gələrək, Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyovun təklif etdiyi Milli Şuranın formalaşdırılması və başqa məsələləri müzakirə ediblər.
Bu barədə musavat.com-a Müsavat Partiyasından məlumat daxil olub.
Modern.az