Modern.az

14 yaşlı qızın ailəsi polisə çağırıldı - Toy ləğv olundu

14 yaşlı qızın ailəsi polisə çağırıldı - Toy ləğv olundu

Hadisə

4 Noyabr 2022, 14:13

Göyçay rayonunun Çərəkə kəndində 2007-ci il təvəllüdlü Əzizova Fidan Rəşid qızının ərə verilməsilə bağlı bəzi təfərrüatlar məlum olub.

 

Kəndin icra nümayəndəsi Tehran Adıgözəlov Modern.az-a bildirib ki, yeniyetmə qız orta məktəbdən keçən il çıxıb, bu il ailəsi onun üçün toy mərasimi təşkil etməyi planlaşdırıb. Lakin məsələ ictimailəşəndən sonra onların bu istəkləri baş tutmayıb.

 

İcra nümayəndəsinin sözlərinə görə, qız 18 yaşı tamam olandan sonra Ağsu rayonuna gəlin köçəcəkdi:

 

"Hələ toy olmayacaq. Hazırda qızın atası, anası, babası və nənəsi polis bölməsindədir, onların ifadələri alınır".

 

Qeyd edək ki, yeniyetmə qızın ərə verilməsi xəbərini hüquq müdafiəçisi Kəmalə Ağazadə ictimailəşdirib.

 

Elmar Hüseynov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU