
“Seçki siyahılarının dəqiqləşməsi artıq Mərkəzi Seçki Komissiyasında dövlət avtomatlaşdılrılmış informasiya sisteminin vasitəsi ilə aparılır və bu proses mayın sonuna kimi davam edəcək”.
Bu sözləri Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev deyib. O, qeyd edib ki, proses davam edir və ola bilsin ki, vaxtından tez bitsin.
Prezident seçkiləri ilə bağlı maarifləndirmə işlərinin də planlaşdırıldığını deyən A.Sarıyev vurğulayıb ki, bununla bağlı layihələr təsdiqlənməlidir.
“Seçki ərəfəsində həm beynəlxalq qurumlarla, həm də özümüz tədbirlər, seminarlar keçirməyi planlaşdırırıq. Amma hələ ki bu sahədə məsləhətləşmələr və müzakirələr gedir. Başa çatdıqdan sonra yaxın aylarda tədbirlərimizi reallaşdırcayıq”. Azər Sarıyev may ayında da hansısa təbirin keçirilməsinin gözlənildiyini bildirib.
“Ehtimal var ki, mayda hansısa tədbirimiz oldu. Amma bu sahədə konkret qərar olmadığı üçün nəsə deyə bilmərəm”.
Aytən Əliyeva