Modern.az

Deputat tələbə təqaüdlərinin artırılmasını təklif etdi

Deputat tələbə təqaüdlərinin artırılmasını təklif etdi

4 Noyabr 2022, 15:02

Ermənistan hazırda başqa ölkələrdən, xüsusilə Hindistan və İrandan silah alır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

 

O, deyib ki, Ermənistanın aldığı silahlar Azərbaycana qarşı yönəlib.

 

"Bu gün, həmçinin hərbçi ailələrinə də diqqət yetirmək lazımdır. Əgər əvvəl 50 manata kirayə qalırdılarsa, bu gün həmin pul 200 manatdır. Digər tərəfdən müharibə veteranlarının müavinətləri 130 manata qaldırılsa, yaxşı olar. Daha sonra tələbələrin təqaüdlərinə də diqqət yetirmək lazımdır. Tələbə təqaüdləri yaşayış minimumuna uyğunlaşdırımalıdır. Əgər yaxşı alim, hərbçi, həkim yetişdirmək istəyiriksə, dəstəyimizi əvvəlcədən göstərməliyik. Bizdə prezident təqaüdçüsü olan tələbəyə 250 manat, adi təqaüdün həcmi 90 manatdır. Zərbəçi tələbə 110 manat, əlaçı 130 manat təqaüd alır. Bu təqaüdlər heç olmasa yaşayış minimumuna çatdırılsa yaxşı olar. Bizdə yaşayış minimum həddi 210 manatdır, onu gələn il üçün 240 manat edirik. Təqaüdlərin də həcmi bu civarda olsa, daha yaxşı olar”, - deyə deputat qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir