Modern.az

Ən çox yağıntı düşən bölgələr-Sumqayıt, Bakı, Pirallahı, Çilov adası, Quba , Xaçmaz

Ən çox yağıntı düşən bölgələr-Sumqayıt, Bakı, Pirallahı, Çilov adası, Quba , Xaçmaz

24 Aprel 2013, 10:33


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 23-ü axşamdan 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılar şimal və şərq rayonlarında intensiv olub.

Ən çox düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadasında qeydə alınıb.

Yağıntının miqdarı Sumqayıtda 30 mm (aylıq normanın 130 faizi), Bakıda 26 mm (aylıq normanın 113 faizi), Maştağada 23 mm (aylıq normanın 25 faizi), Pirallahıda 16 mm (aylıq normanın 82 faizi), Çilov adasında 16 mm (aylıq normanın 89 faizi), Qubada 37 mm (aylıq normanın 77 faizi), Altıağacda 18 mm, Xaçmazda 17 mm, digər rayonlarda isə 1-13 mm olub.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal