İran mətbuatı İsfahan əyalətinin Qulpayqan şəhəri yaxınlığında zəlzələ qeydə alındığı barədə məlumat yayıb. Modern.az İLNA xəbər agentliyinə istinadən məlumat verir ki, Tehran Universitetinin Seysmoloji Xidmət Mərkəzi zəlzələnin gücünün 4,9 bal təşkil etdiyini bildirib. İlkin məlumatlara əsasən, zəlzələ bu gün yerli vaxtla səhər saat 07:39-da qeydə alınıb. Məlumata görə, 20 kənddə bəzi evlərə ziyan dəyib, ölən və yaralananlar yoxdur.
Həmçinin İranın MEHR agentliyinin yaydığı son məlumatlarda da bildirilir ki, bu gün İranıın Qərbi Azərbaycan vilayətinin Sərdəşt şəhərində də 3,4 bal gücündə zəlzələ baş verib.
Qeyd edək ki, son üç həftə ərzində İran ərazisində baş verən güclü təkanlar nəticəsində 33 nəfər ölüb, 877 nəfər yaralanıb.