Modern.az

17 yaşlı qızın qatili qardaşı imiş - TƏFƏRRÜAT

17 yaşlı qızın qatili qardaşı imiş - TƏFƏRRÜAT

5 Noyabr 2022, 09:00

Noyabrın 4-ü saat 19 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvilinin üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşı 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

 

Jora Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

 

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər