Rusiyada 13 nəfərin ölümü ilə nəticələnən yanğın azərbaycanlıya məxsus kafedə baş verib.
Modern.az xəbər verir ki, Kostroma şəhərindəki “Poliqon” kafesi vilayət dumasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvü İxtiyar Mirzəyevə məxsus olub.
İlkin məlumata görə, yanğına pirotexniki vasitələrdən istifadə səbəb olub. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İ.Mirzəyev 1969-cu ildə Yardımlı rayonunun Ostayır kəndində doğulub. O. uzun illərdir Rusiyada yaşayır.