Modern.az

Bakıda 50-yə qədər evi su basdı, 70-ə yaxın insan xilas olundu

Bakıda 50-yə qədər evi su basdı, 70-ə yaxın insan xilas olundu

24 Aprel 2013, 12:04

 
Son günlər respublikanın ayrı-ayrı şəhər və rayonlarda yağışlı hava şəraiti müşahidə olunur. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 23-24 aprel 2013-cü il tarixində yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin Sabunçu rayonunda bəzi ərazilərin yağış və qrunt suları ilə dolması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal əraziyə cəlb olunub. Hazırda Mülki müdafiə qoşunlarının və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası ərazidədir. İlkin məlumata görə, təxminən, 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb, 70-ə yaxın insan xilas olunub. Ərazidə xilasetmə işləri davam etdirilir, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal