Modern.az

Nazir İran-Azərbaycan gərginliyinə münasibət bildirdi

Nazir İran-Azərbaycan gərginliyinə münasibət bildirdi

5 Noyabr 2022, 11:26

“Azərbaycanın xarici siyasəti ondan ibarətdir ki, qonşu ölkələrlə yaxşı münasibətlər olsun. Biz bu istiqamətdə ardıcıl addımlar atmışıq. İranla Azərbaycan arasında bir sıra layihələr həyata keçirilib”.

 

Modern.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

 

XİN başçısı bildirib ki, İran mediasında Azərbaycana qarşı söylənilən fikirlər narahatlıq doğurur:

 

"İranlı həmkarım bu məsələlərə həssaslıqla yanaşır və münasibətlərimizdə xoşagəlməz halların aradan qaldıırlması üçün addımlar atır. Bizim onlarla birbaşa əlaqələrimiz var”, - nazir vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama