Associated Press'in Twitter hesabını ələ keçiren hakerlər "Ağ Evə basqın, prezident Obama yaralandı" tweeti ABŞ – da təlaş yaşadıb.
Modern.az - ın məlumatına görə, Associated Press (AP) xəbər agentliyinin Twitter sosial şəbəkəsindəki hesabını ələ keçirən hakerlərin " Ağ Evə basqın, prezident Obama yaralandı " mesajının, Dow Jones Sənaye İndeksi-nin 150 bal düşməsinə səbəb olub.
AP sözcüsü Paul Colford, Twitter hesaplarının haker hücumuna məruz qaldığını və göndərilən son dəqiqə xəbərlərinin doğru olmadığı barədə açıqlama yayıb.
Agentliyin müxbiri isə bildirib ki, öncə bəzi işçilərin şifrələri oğurlanıb, daha sonra agentliyin Twitter hesabı haker hücumuna məruz qalıb.
Dow Jones Sanayi Endeksinin 150 bal geriləməsi, xəbər agentliyinin açıqlamasından sonra yenidən yüksəlməyə başlayıb. Hazırda PA xəbər agentliyi Twitter hesabını “blok” edərək Twitter -in idarəçiləri ilə özəl məlumatların oğurlanması faktı üzrə araşdırma aparırlar.
Elçin AĞAYEV