Modern.az

AMEA-nın iclasında mərhum akademiklər yad edilib

AMEA-nın iclasında mərhum akademiklər yad edilib

24 Aprel 2013, 12:23

Milli Elmlər Akademiyasının ümumi yığıncağının bu gün keçirilən iclasını AMEA vitse-presidenti Akif Əlizadə açıb. Modern.az xəbər verir ki, o, ötən ilki hesabat iclasından bu günədək 9 akademikin dünyasını dəyişdiyini vurğulayıb. Öncə mərhum prezident Mahmud Kərimov və akademik Budaq Budaqov da daxil olmaqla dünyasının dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Akif Əlizadə iclasın gündəliyinə 3 məsələ daxil edildiyini vurğulayıb. “Gündəliyə əsasən, AMEA prezidenti vəzifəsinə seçkilər keçiriləcək. İclasda həmçinin AMEA Rəyasət Heyətinin strukturu da seçiləcək”.

Hazırda AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev Akademiyanın 2012-ci ildəki fəaliyyətinə dair məruzə təqdim edir. Gündəlikdə bu məsələyə 40 dəqiqə sərf olunacaq. 

Aytən Əliyeva  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal