“Müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov bildirib.
Deputat Azərbaycanda universitet müəllimlərinin əməkhaqlarında fərqlər olduğunu qeyd edib:
"Bəzi universitetlərin müəllimlərinin əməkhaqqı yüksək, digər universitetlərinki isə 2-3 dəfə aşağıdır. Müəllimlərin maddi vəziyyətinin yaxşılışdırılması istiqamətində addımlar atmalıdır. Tələbələrin təqaüdlərinin artırılması məsələsi də gündəmdə olmalıdır”.
C. Məmmədov bildirib ki, təhsil sahəsində müşayiət olunan tendensiyalardan biri kişilərin elm sahəsinə maraq göstərməməsidir:
“Onlar daha çox özəl sahəyə maraq göstərirlər. Bu baxımdan burada maaşların artırılması önəmli məsələlərdəndir”.