Modern.az

Qubada külli miqdarda narkotik aşkarlandı

Qubada külli miqdarda narkotik aşkarlandı

5 Noyabr 2022, 13:14

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.


DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında  şübhəli bilinən rayon sakini Nazim Əzizov  saxlanılıb.

 

Həmin şəxsin üzərinə və özünə məxsus evə baxış keçirilən zaman  ümumi çəkisi 766 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.


Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Nazim Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək