Modern.az

Elmar Məmmədyarov Benyamin Netanyahu ilə görüşüb - FOTO

Elmar Məmmədyarov Benyamin Netanyahu ilə görüşüb - FOTO

24 Aprel 2013, 12:44
İsraildə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 23 aprel tarixində bu ölkənin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Azərbaycan XİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq bildirilib və bu səfərin ölkələr arasındakı münasibətlərin inkişafına töhfə verəcəyi vurğulanıb.  Görüş zamanı Yaxın Şərq regionunda gedən proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal