Modern.az

Akademik Əhliman Əmiraslanov da şikayətləndi

Akademik Əhliman Əmiraslanov da şikayətləndi

24 Aprel 2013, 13:46


Milli Elmlər Akademiyasının illik hesabatında çıxış edən akademik Əhliman Əmiraslanov da bu sahədə mövcud olan problemlərdən danışıb. Modern.az xəbər verir ki, elmi-tədqiqat institutlarına (ETİ) maliyyə ayrılması məsələsinə toxunan akademik bildirib ki, bu vəsait ayrılsa da, bəzi ETİ-lər hələ də köhnə avadanlıqlarla işləyirlər. Müasir tələblərə cavab verən avadanlıqların alınmasına isə imkan yoxdur.

Ə. Əmiraslanov bu sahəyə ayrılan vəsaitlərin artırılmasınını labüdlüyünü bildirib. Daha sonra gənc kadrların çatışmazlığını qeyd edən akademik problemin mövcudluğunu dilə gətirib:

“Gənclərin elmə cəlb olunması halları azalıb. Disserantura və doktoranturaya sənəd verən gənclərin sayı təqdim olunan vakant yerlərin sayından qat-qat azdır”.

Ə. Əmiraslanov elmi qurumlardakı mütəxəssislərin ali məktəblərlə əlaqəsinin zəif olmasına da toxunub. O, bütün bunlarla bağlı təcili tədbirlərin görülməsini qeyd edib.  

Aytən Əliyeva
 
Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal