Trabzon-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarədə sərnişinin zarafatı böyük çaxnaşma yaradıb.
Modern.az xəbər verir ki, Trabzon Hava Limanından havaya qalxan TK-2835 nömrəli “Boeing B737-900” tipli təyyarədə bələdçidən su istəyən sərnişinlərdən biri “Əgər mən əlimdəki stəkanı yerə atsam, partlayacaq”, - deyə zarafatca bildirib.
Bələdçi hadisəni pilota çatdırıb. Sonuncu isə İstanbul Hava Limanının hərəkəti idarəetmə qülləsi ilə əlaqə saxlayıb və təcili eniş tələb edib.
Təyyarə heç bir problem olmadan hava limanına enib. Polis göyərtədə axtarış aparıb və təhlükəli vasitə aşkar etməyib.