Mərhum dövlət başçısı Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi beynəlxalq yazı müsabiqəsi yekunlaşıb.
Şuradan verilən məlumata görə. 15 fevral 2013-cü il tarixində elan edilmiş və Azərbaycan Respublikasının Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyadakı səfirlikləri vasitəsilə bu ölkələrin ictimaiyyətinə çatdırılmış müsabiqə xəbəri böyük maraq doğurub. Müsabiqə Heydər Əliyevin şəxsiyyəti, beynəlxalq ictimai-siyasi fəaliyyəti, Azərbaycanın həmin ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrində ulu öndərin rolu mövzularını əhatə edib. Hazırda müsabiqəyə daxil olmuş məqalələr Müsabiqə Komissiyası tərəfindən qiymətləndirmə mərhələsindədir.