Modern.az

Abel Məhərrəmov: “Aspirantura və magistraturada oxuyan oğlanlar əsgər getməli deyillər”

Abel Məhərrəmov: “Aspirantura və magistraturada oxuyan oğlanlar əsgər getməli deyillər”

Ölkə

24 Aprel 2013, 14:03

«1800 elmlər doktorunun  1200-ü ali məktəblərdə, 600-ü isə Milli Elmlər Akademiyasında çalışır. Bu isə akademiya ilə ali məktəblər arasında sıx əlaqənin göstəricisidir”.
Modern.az-ın məlumatına görə, bu sözləri Milli Elmlər Akademiyasının illik yığıncağında çıxış edən deputat, BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib. Akademik həm də büdcədən yalnız tələbələrin oxumasına maddi vəsaitin ayrılmasına da toxunub. Rektor qeyd edib ki, cihazların alınmasına və tələbələrin elmi fəliyyətinə pul ayrılmır. 

Daha sonra o, ikinci aktual məsələ kimi elmə marağın zəifliyindən də danışıb.

““Elm haqqında” qanun layihəsi var və bu maddə orada yoxdur. Fikirləşirəm müzakirə edək və bu məsələ də oraya salınsın. Elmə maraq artırılmalıdır. Aspirantura və magistraturada oxuyan oğlanlar əsgər getməli deyil. Oğlanlar əsgər gedib gəldikdən sonra, yalnız qiyabi oxuyurlar. Heç kim əyani oxumaq istəmir. Keçən il Bakı Dövlət Univeritetində 182 nəfər magistraturaya qəbul olundu, onların 80 faizi qız idi». 

BDU-nun rektoru daha sonra  Elmə Dəstək Fondunun yaradılmasını da təklif edib.   

«Bakı Dövlət Universitetində 89 qrant layihəsi işlənir ki, bunun da 56-sı beynəlxalq layihədir. Bu ümumilikdə 7 milyon manat deməkdir. Bunlar cihazların alınmasına yönələcək. Gənclər üçün Elmə Dəstək Fondu yaradılmalıdır. Xaricdə belə təcrübə var ki, imkanı olanlar bu fonda pul ayırır. Bizdə də bu olmalıdır»-deyə rektor vurğulayıb.

 

Aytən  Əliyeva 

Whatsapp
Bizə yazın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir