Tanzaniyanın Bukoba hava limanı yaxınlığında sərnişin təyyarəsinin Viktoriya gölünə düşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Yerli “Citizen” qəzeti regional hakimiyyət orqanlarına istinadən bildirib ki, xilasedicilər qəzadan sonra 26 nəfəri sudan çıxara biliblər. Ümumilikdə, təyyarədə 39 sərnişin olmaqla 43 nəfər olub.
***
14:29
Tanzaniyada sərnişin təyyarəsi hava şəraitinin pisləşməsi səbəbindən Viktoriya gölünə düşdüb.
Modern.az xəbər verir ki, “Precision Air” şirkətinə məxsus təyyarənin ölkənin şimal-qərbindəki Bukabo şəhərinə eniş etməzdən əvvəl gölə düşdüyü məlum olub.
Qəzanın yerli vaxtla saat 10:50-də baş verdiyi deyilir.
Bölgənin polis rəisi Uilyam Mvampanqhale bildirib ki, təyyarədə olan sərnişinlərin sayı və qəza nəticəsində ölənlər barədə hələlik təsdiqlənmiş məlumat yoxdur.
Yerli mətbuatın məlumatına görə, təyyarədə 49-u sərnişin olmaqla 53 nəfər olub.