Modern.az

Koronavirus daha 2 can aldı - Yoluxma sayı

Koronavirus daha 2 can aldı - Yoluxma sayı

Aktual

6 Noyabr 2022, 20:10

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 37 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 823 533 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 289 nəfər müalicə olunaraq sağalıb, hazırda 287 aktiv xəstə var. Bu günə qədər 9957 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1825, ümumilikdə 7 333 142 test icra olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi