Modern.az

Türkiyənin daha bir hərbçisi şəhid oldu 

Türkiyənin daha bir hərbçisi şəhid oldu 

Dünya

6 Noyabr 2022, 23:56

İraqın şimalında terrorçulara qarşı keçirilən əməliyyat zamanı Türkiyə ordusunun 1 hərbi qulluqçusu şəhid olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, əməliyyatda daha 3 hərbçi yaralanıb. Yaralı əsgərlər dərhal xəstəxanaya çatdırılıb.

 

Bundan başqa, İraqın şimalında həyata keçirilən “Pəncə Kilid” əməliyyat bölgəsində terrorçular tərəfindən basdırılan minanın partlaması nəticəsində 1 hərbçi şəhid olub, 2 hərbçi yaralanaraq xəstəxanaya yerləşdirilib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI