Modern.az

Ukrayna danışıqlardan imtina etmir - Podolyak şərtləri açıqladı

Ukrayna danışıqlardan imtina etmir - Podolyak şərtləri açıqladı

Dünya

7 Noyabr 2022, 22:59

Ukrayna Rusiya ilə danışıqlardan imtina etmir, amma ilk növbədə Moskva ən vacib işi görməli, qoşunlarını ərazimizdən çıxarmalıdır.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak özünün "Twitter" hesabında yazıb.

 

“Başa düşmək lazımdır: Ukrayna heç vaxt danışıqlardan imtina etməyib. Bizim danışıqlarda mövqeyimiz məlum və açıqdır: 1. Öncə Rusiya Ukraynadan qoşunlarını çıxarır. 2. Sonra qalan şeylər edilir”, - Podolyak bildirib.


Onun sözlərinə görə, Kiyev danışıqları qiymətləndirməkdə konstruktivdir.

 

Podolyak, həmçinin vurğulayıb ki, prezident Vladimir Putin danışıqlar masası arxasına oturmağa hazır deyil, bununla əlaqədar Rusiyanın növbəti prezidenti ilə danışıqlar aparmaq lazım olacaq.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI