Aprel ayının 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru olaraq işə başlayan Cəmil Quliyev artıq ilk kadr islahatını gerçəkləşdirib. İctimai Televiziyadan Modern.az saytına verilən məlumata görə, Cəmil Quliyev dünən İTV-nin kadrlar və xüsusi işlər şöbəsinin müdiri İlham Hüseynov tutduğu vəzifədən kənarlaşdırıb.
İTV-dən verilən məlumata görə, Cəmil Quliyev işçilərə kadr islahatlarının davam edəcəyi barədə mesaj da verib.
İndi İctimai Televiziya və Radio Yayımları Şirkətində hamı növbəti dəyişikliklərin kiminlə bağlı olacağını gözləyir. Bəzi xəbərlərə görə, növbəti dəyişikliyi İTV-nin departament rəhbərlərilə bağlı olacaq. Çünki C.Quliyev İTV-də fəaliyyətə başlayandan sonra bəzi departamentlərin işindən narazılığını gizlətməyib və barədə işçilərin yanında müəyyən fikirlər səsləndirib .
Modern.az