Modern.az

Tanınmış meyxanaçı qonşusunu qətlə yetirdi

Tanınmış meyxanaçı qonşusunu qətlə yetirdi

9 Noyabr 2022, 08:30

Tanınmış meyxanaçı Rəşad Dağlı (Rəşad Əmirov) qonşusunu qətlə yetirib.

 

Modern.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

 

Məlumata görə, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb. R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.

 

Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən fakt təsdiqlənib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər