Modern.az

İTV-də ciddi dəyişiklik: baş direktorun iki müavini və iki direktor işdən çıxdı

İTV-də ciddi dəyişiklik: baş direktorun iki müavini və iki direktor işdən çıxdı

25 Aprel 2013, 13:46
Modern.az saytı “Mediaforum”a istinadən xəbər verir ki, aprelin 25-də İctimai Televiziya Radio Yayımları Şirkətinin bir qrup məsul əməkdaşı öz ərizələrinə əsasən işdən azad olunub. İşdən azad olunanlar bu şəxslərdir:


Çingiz Aslanov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun televiziya üzrə müavini;


Elman Qədirov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun radio üzrə müavini;


Rafiq Nəbiyev - İctimai Televiziya və Radio Yayımları Şirkətinin Koordinasiya və Proqram Direktorluğunun direktoru;


İham Sərxanlı - İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktoru.

Aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçilib.

Modern.az-ın məlumatına görə, Cəmil Quliyev dünən İTV-nin kadrlar və xüsusi işlər şöbəsinin müdiri İlham Hüseynovu da tutduğu vəzifədən kənarlaşdırıb.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi