Modern.az

Putin G20 sammitinə onlayn qatıla bilər

Putin G20 sammitinə onlayn qatıla bilər

10 Noyabr 2022, 10:57

Rusiyanın İndoneziyadakı səfirliyinin mətbuat attaşesi Aleksandr Tumaykin bildirib ki, prezident Vladimir Putin G20 sammitində onlayn formatda iştirak edə bilər.
 

Modern.az-ın məlumatına görə, Tumaykin cümə axşamı “Ria Novosti”yə deyib ki, hazırda məsələ üzərində iş gedir.


"Vladimir Vladimiroviç Putinin iştirak formatı üzərində iş aparılır. Ola bilsin ki, o, videobağlantı formatında sammitdə iştirak etsin", - diplomat agentliyə bildirib.


Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin G20 sammitinə gedəcəyi ilə bağlı suala cavab verərkən müxtəlif formatların müzakirə edildiyini, qərar veriləcəyini bildirmişdi.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır